"Qalatasaray" Yunus Akgünün transfer qiymətini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.

Məlumata görə, İstanbul klubu sözügedən futbolçunu transfer məbləğini 20 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, "Qalatasaray"ın heyətində 12 rəsmi oyuna çıxan Yunus bu matçlarda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.