"Borussia Dortmund"un ulduzu klubdan ayrılmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, hücumçu Serhou Guirassynin bu yay komandadan ayrılmağa hazırlaşdığı bildirilib. Qvineyalı forvardın gələcəyi ilə bağlı qərarı transfer bazarında hərəkətliliyə səbəb olub.

​Onunla bir neçə Avropa nəhəngi yaxından maraqlanır. Hazırda hücumçu üçün ən ciddi namizədlər arasında bu klubların adları çəkilir:

  • "Milan" (İtaliya)
  • ​"Tottenhem Hotspur" (İngiltərə)
  • ​"Fənərbağça" (Türkiyə)

​Hücum xəttini gücləndirmək istəyən bu klubların yaxın günlərdə "Borussiya Dortmund" ilə rəsmi danışıqlara başlayacağı gözlənilir.