Haqqımızda



Azərbaycanın geniş oxucu auditoriyasına malik idman saytlarından biri olan “Offside” 2013-cü il 29 iyunda “Facebook” sosial şəbəkəsində “Offside” səhifəsinin yaradılması ilə təsis edilib. “Offside” fəaliyyətinə Offside adı ilə “Facebook” və “Instagram” sosial şəbəklərində başlayıb və qısa vaxt ərzində 100.000-dən çox izləyici toplaya bilib.

Sosial şəbəkələrdəki aktivlik nəticəsində 2014-cü ildən etibarən eyniadlı futbol saytı yaradıldı. Futbola həsr olunan sayt qısa vaxt ərzində İnternetdə populyar oldu. Sayt son futbol xəbərləri, transferlər, oyunların nəticələri və futbol ətrafında baş verən müxtəlif hadisələri işıqlandırmaqla ölkə idman ictimaiyyətində öz layiqli yerini tutdu.

2018-ci ildə “Offside” rebrendinq edərək, fəaliyyət sahəsini genişləndirdi, bütün idman sahələrini əhatə edən www.offsideplus.az idman portalını ictimaiyyətə təqdim edildi. Çoxşaxəli idman mediası olan "Offside Sport Media"  ölkə və dünya idmanının ən vacib hadisələrini operativ olaraq oxucularının ixtiyarına təqdim edir.

“Offside” fəaliyyətdə olduğu müddət ərzində müxtəlif mükafatlara layiq görülüb, ölkənin ictimai həyatında aktiv iştirak edib. “Offside” 2016-cı ildə Azərbacanın ilk sosial media mükafatı olan “Bomba” mükafatlandırma mərasimində “İlin memi” nominasiyasının qalibi olub. Habelə, Offsideplus.az saytı 2023-cü ilin ən yaxşı idman saytı adına layiq görülüb.

Saytın əsas məqsədi ölkə idmanının inkişafına və ölkədə futbola marağın artmasına töhvə verməkdir. “Offside” missiyası izləyici auditoriyasını dünya və Azərbaycan idmanında baş verən hadisələr barədə operativ xəbərlər ilə təmin etmək və ölkənin çoxtirajlı idman mətbuatı olaraq idmanın inkişafına xidmət etməkdir. Geniş komanda tərkibinə sahib olan "Offside Sport Media" 2023-cü ildə genişlənərək, döyüş növlərini işıqlandıran Fighting.az və basketbol idman növünü özündə əks etdirən Azbasketbol səhifələrinin əsasını qoydu.

“Offside” qeyd olunan istiqamətlər üzrə fəaliyyətini daha da genişləndirməyi və qarşıya qoyduğu məqsədlər üzrə nailiyyətlər qazanmağı planlaşdırır.


Ölkənin ən böyük idman saytlarından biri olan “Offside” əlverişli şərtlərlə reklam imkanlarını təqdim edir. Reklam bannerləri və press-relizlərin yerləşdirilməsi üçün ətraflı məlumatı media-kitdən əldə edə bilərsiniz.

Sosial media hesablarımız

https://www.facebook.com/OffsideCaps/

https://www.facebook.com/OffsideTelevision/

https://www.instagram.com/offsidecaps/

https://t.me/offsideplusaz

https://t.me/azbasketbol

https://t.me/fightingaz

https://www.tiktok.com/@offside.aze


VÖEN - 3102162712

Fərdi sahibkar: Davudov Araz Yusif oğlu

Offsideplus.az@gmail.com 

Whatsapp: (+994) 50-737-96-88

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 14

Baş redaktor: Sultanlı İlkin Bəkir oğlu


Offsideplus.az-ın redaksiya siyasəti və peşə etikası qaydaları

 Həqiqətə hörmət və cəmiyyətin məlumat almaq tələbatını ödəmək jurnalistikanın fundamental prinsipidir. Jurnalist hansı media subyektində çalışmasından asılı olmayaraq, ictimai məsuliyyət daşıyır.

 Offsideplus.az fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutur:

- Saytın əsas prinsipləri dəqiqlik, operativlik və faydalılıqdır;
- məlumat dəqiqləşdirilmədən və ya düzgünlüyünə əmin olunmadan təqdim edilmir;
- faktların və hadisələrin təqdimatında birtərəfliliyə yol verilmir; 
- böhtana, təhqirə və nifrət çıxışlarına yer verilmir;
- dövlət (ana) dilinin normalarına riayət edilir;
- jurnalist materiallarında vulqar ifadələr, jarqonlar işlədilmir;
- redaksiya siyasəti heç bir halda dövlətçiliyə, cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə  zidd deyil və ola bilməz;
- vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlar ilə bağlı məsələlərə həssas yanaşılır; 
- redaksiya milli və ictimai maraqların qorunmasında maraqlıdır, insanların dini inanclarına, heysiyyatına toxunacaq məzmuna yol vermir;
- dövlət rəmzlərinə hörmətlə yanaşılır;
- terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi, dini, cinsi ayrı-seçkiliyin təbliğinə yol verilmir;
- sağlamlığın və ətraf mühitin qorunmasına zidd hərəkətlər təbliğ olunmur;
- məlumat azadlığına, şəffaflığına, obyektivliyinə, qərəzsizliyinə, ədalətliliyinə və plüralizmə xələl gətirilmir;
- sayt əməkdaşları üzərinə düşən maarifçilik missiyasını yerinə yetirir, fəaliyyətində bu xətti inkişaf etdirir;
- faktların dəqiqliyinə əsaslanmaqla hadisələrə münasibətdə sağlam tənqidi düşüncə əsas götürülür;
- zorakılıq, cinayət və s. bu kimi insanların təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılır, onların təbliğinə yol verilmir;
- əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmur;
- uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər əsas götürülür;
- uşağa qarşı cinsi xarakter daşıyan cinayətlə bağlı məlumatda uşağın şəxsiyyəti, kimliyi gizli saxlanılır;
- mövzu ilə birbaşa əlaqəli deyilsə, insanların irqi, rəngi, dini, cinsi oriyentasiyası, fiziki, ruhi xəstəliyi və ya əlilliyi ilə bağlı təfərrüatlar nümayiş etdirilmir;
- zəruri hallarda yayılan materiallarda müvafiq yaş məhdudiyyətləri indikatorları tətbiq edilir;
- parapsixologiya, mövhumatçılıq və xürafatın təbliğinə yol verilmir;
- intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmır, mövzuya xüsusi həssas yanaşılır;
- jurnalistlər cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşır.

 

Xəbər və şərh

- Offsideplus.az-da xəbər və şərh fərqləndirilir, mənbə aydın təqdim olunur;
- jurnalist öz şərhində peşə davranış qaydalarının və jurnalistikanın təməl prinsiplərindən kənara çıxmır;
- jurnalist sitat gətirdiyi fikri təhrif etmir; 
- reklam materialları redaksiya və müəllif materiallarından fərqləndirilir və bunun reklam olduğu xüsusi qeyd edilir; 
- redaktor tapşırığı qanunlara və peşə etikasına zidd olduqda, jurnalist həmin tapşırığın icrasından imtina edə bilər;
- redaktə zamanı jurnalistin fikirləri təhrif olunubsa, o, həmin materialın müəllifliyindən imtina edə bilər.

 

Xəbər mənbələri ilə iş

- Offsideplus.az şəffaf, mötəbər, dəqiq mənbələrlə işləməyə üstünlük verir; 
- redaktorlar müxbirlərlə yanaşı, gizli mənbələri qiymətləndirmək məqsədilə onlar barədə məlumata sahib olmalıdırlar. Mənbə tam gizli qalmaq istədiyi halda, verilən məlumat yalnız ictimai maraq kəsb edəcəyi təqdirdə və digər alternativ mənbələr tərəfindən təsdiq edilərsə, yayımlana bilər; 
- faktoloji məlumatlar ən azı iki fərqli və bir-birindən asılı olmayan mənbələrdən dəqiqləşdirilir;
- gizli mənbə yalnız məhkəmənin tələbi ilə açıqlana bilər; 
- mənbələrə qarşı ədalətli davranılır, açıqlamalar kontekstdən çıxarılmır. 

 

Təkzib və düzəliş 

 Audiovizual və rəqəmsal platformalarda redaksiyanın məhsulu kimi yayılmış materiallarda səhvlərin düzəldilməsində məqsəd çevik reaksiyanın verilməsi və mümkün qədər aydın, operativ şəkildə səhv və düzgün olanı izah etməkdir. İstifadəçiyə səhvin necə və niyə düzəldildiyi izah edilir;

Təkzib verilməsinin prinsip və detalları ilə bağlı ortaya çıxan məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikasının “Media haqqında” Qanununa istinad olunur. 

 

Müəllif hüquqları

- Offsideplus.az plagiata və müəllif hüquqlarının pozulmasına yol verilmir;
- digər media subyektinin materialından istifadə olunarkən istinad edilir;
- jurnalist redaksiya üçün hazırladığı materialı işlədiyi kütləvi informasiya vasitəsinin rəhbərliyi ilə razılaşdırmadan başqalarına təklif edə bilməz;
- Mübahisəli hallarda “Müəllif hüquqları” haqqında, həmçinin “Media haqqında” qanunun müəllif hüquqlarının qorunması ilə bağlı maddələrinə istinad olunmalıdır. 

 

Sosial mediada jurnalistin davranışı

- jurnalist  sosial mediadan istifadə zamanı peşəkar davranış nümayiş etdirməli, təmsil etdiyi media subyektinin nüfuzuna və mövqeyinə xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir; 
- sosial şəbəkələrdən götürülmüş audio, foto, video və digər materiallar media qurumunda yayımlanarkən həmin materialda olan və onu açıq paylaşıma açmayan şəxslərin maraqları, onların şəxsi həyatına hörmət prinsipi nəzərə alınmalıdır;
- sosial şəbəkələrdən götürülmüş informasiyanın ictimai əhəmiyyətinə və müəllifin statusuna diqqət yetirilməli, habelə məlumat əlavə mənbələrdən dəqiqləşdirilməlidir;
- jurnalist yayımlanmamış materialını təmsil etdiyi redaksiyanın icazəsi olmadan sosial şəbəkələrdə müzakirə predmetinə çevirməməlidir.

 

Peşə etikası

Peşə etikasının normaları:

- jurnalist heç bir halda peşə fəaliyyətinə görə hədiyyə qəbul etməməlidir;
- redaksiyanın sirri kimi qorunan məlumatların verilməsi qadağandır;
- jurnalist üzərinə peşəkar fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş heç bir öhdəlik götürməməlidir;
- redaksiyada yaradıcı kollektiv arasında, eləcə də rəhbər heyətlə işçilər arasında münasibətlər sağlam, hüquq müstəvisində və şəffaf formalaşmalıdır;
- jurnalist peşə həmrəyliyi prinsiplərinə sadiq qalmalıdır;
- əməkdaşlar redaksiyadan kənar davranışlarında və fəaliyyətlərində təmsil etdikləri media quruluşunun nüfuzunu qorumalıdır.

Sizə harada rahatdırsa, bizi orada oxuyun