Madrid təmsilçisinin kapitanı Koke "Barselona" ilə oyunda komandasının imkanlardan istifadə edə bilməməsindən təəssüfləndiyini bildirib.
Offsideplus.az xəbər verir ki, La Liqanın XII turunda "Atletiko" öz meydanında "Barselona"ya 1:2 hesabı ilə uduzub. Koke qarşılaşmadan sonra bunları deyib:
"Komandamızın çatışmayan cəhəti imkanların reallaşdırılması oldu. Birinci hissədə əla oynadıq, daha çox şans yaratdıq, lakin fasilə ərəfəsində rəqib qapımıza topu qaytarmadan sonra vurdu. Futbol belədir: onlar son mərhələdə daha soyuqqanlı oldular. Komandama heç bir iradım yoxdur. Fasilədən sonra da pis başlamadıq, Alvaresin iştirakı ilə bir epizod oldu. Oyunda xüsusi bir şey baş vermədi. Onların ikinci qolu və hesabın 1:2 olması bizim üçün ciddi zərbə oldu. Növbəti oyunu səbirsizliklə gözləyirəm. Həm milli komandalarına yollananlar, həm də burada qalanlar yaxşı çalışacaq".


