İngiltərə Premyer Liqasında 10-cu turun daha bir oyunu oynanılıb.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" klubu evdə "Aston Villa"nı qəbul edib.
Oyunda hesabı qonaqlar açsa da, "Qırmızı Şeytanlar"ın 2 qolu hesabı bərabərləşdirib.
Sonradan qonaqlar daha 2 qol vuraraq hesabı 2:4 etsələr də, meydan sahibləri oyunun sonlarında 2 qol da vurub və hesab 4:4 tamamlanıb.
Bu nəticələrdən sonra "Aston Villa" 13 xalla 10-cu, "Mançester Yunayted" isə 8 xalla 18-ci pillədədir.


