"Real Madrid"in baş məşqçisi Joze Mourinyo komandasının "Valensiya" üzərində qazandığı 3:0 hesablı qələbədən sonra kollektivin ab-havası barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Mourinyo belə deyib: "Mən daim futbolçulara bildirirəm ki, "Real Madrid" kimi klubda qələbələr qeyri-adi sevinc yaratmamalıdır. Bu komanda üçün qələbə adi haldır. Hazırda paltardəyişmə otağında hamı xoşbəxtdir, amma dəhşətli və bərk musiqi səslənir (gülür). Məğlub olanda isə xaos yaranır və bu, bəzən klubun ətrafına, azarkeşlərə də sirayət edir. Amma komandanın daxilində biz həmişə sakitliyimizi qoruyuruq".


