Bazar günü keçirilən UFC Vegas 124 turnirinin əsas qarşılaşmasında Conni Uoker və Valdo Kortes-Akosta qəfəsə çıxıb. Əslində, bu döyüş əsas qarşılaşma kimi planlaşdırılmamışdı, lakin Şon Bredi zədələndiyinə görə gecənin əsas döyüşü məhz bu ağırçəkili idmançılar arasında baş tutub.

Offsideplus.az xəbər verir ki, döyüş gərgin və sürətli tempdə keçib. İlk raundda Uokerin ardıcıl ayaq zərbələri Kortes-Akostanın hərəkətini məhdudlaşdırıb. Kortes-Akosta bir neçə dəfə Uokeri qəfəsə sıxışdırsa da, Uoker təhlükəli vəziyyətlərdən çıxmağı bacarıb. İkinci raundda da Uokerin ayaq zərbələri rəqibinə ciddi təsir edib, lakin Kortes-Akosta sona qədər mübarizəni davam etdirib. Üçüncü raundda isə Uokerin başa endirdiyi zərbə Kortes-Akostanı sarsıdıb və ardınca gələn zərbələrlə texniki nokautla qələbə qazanıb. Rəsmi nəticəyə əsasən, Conni Uoker Valdo Kortes-Akostanı üçüncü raundda, 2 dəqiqə 27-ci saniyədə başa və ardıcıl zərbələrlə texniki nokautla məğlub edib.

Qələbədən sonra Uoker emosional şəkildə çıxış edərək, "Məndə çənə yoxdur" deyən tənqidçilərə cavab verib və bu qələbənin onun dözümlülüyünü bir daha sübut etdiyini bildirib.