"Neşvill" ABŞ MLS-də mövsümün son oyununda "Sinsinnati"ni 2:0 hesabı ilə məğlub edərək yeni rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, Tennessi təmsilçisi 34 oyunda 77 xal toplayaraq, 2024-cü ildə Lionel Messinin çıxış etdiyi "İnter Mayami"nin 74 xallıq əvvəlki rekordunu geridə qoyub. Bu mövsüm "İnter Mayami" 60 xalla ikinci pillədə qərarlaşıb. "Neşvill"in ən məhsuldar oyunçuları Sem Serric (21 qol) və Hani Muxtar (17 qol) olub. Pley-off-un ilk mərhələsində "Neşvill" "Orlando" və "Sinsinnati" arasında keçiriləcək play-in-in qalibi ilə qarşılaşacaq.


