Lionel Messi Kriştiano Ronaldunun Portuqaliya millisindən ayrılması ilə bağlı paylaşımına heç bir şərh yazmayıb.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı hücumçu sosial şəbəkədə milli karyerasını başa vurduğunu açıqlayıb. Messi isə daha əvvəl Argentina yığmasından ayrıldığını elan etmişdi. Həmin vaxt Ronaldu onun paylaşımına şərh yazaraq, argentinalı futbolçunun nailiyyətlərinə hörmətini ifadə etmişdi.


