Misli Premyer Liqasının 11-ci turunda “Qəbələ” “Zirə”yə uduzdu - 1:2.
Offsideplus.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri oyunsonrası mətbuat konfransında media önünə çıxıb:
“Oyunun böyük hissəsində yaxşı oynadıq. Fiziki çatışmazlığımız oldu. 89-cu dəqiqədə buraxmaq pis oldu. 5 müdafiəçimiz olan yerdə qol buraxmaq yaxşı olmadı. Düzdür, hücumda çatışmazlıqlarımız var. Keyfiyyət və iş kimi baxmaq lazımdır. Zamanımız var ki, düzələk. “Zirə”ni təbrik edirəm, başabaş oynadıq”.
Mütəxəssis Eşqin Əhmədovun milli komandaya dəvəti haqqında bunları deyib:
“Eşqini təbrik edirəm. Keyfiyyətli futbolçudur. Bu səviyyəyə çatmasında çox məşqçinin rolu olub”.


