“Qalatasaray”ın hücumçusu Viktor Osimhen əməliyyat olub.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu bu barədə məlumat yayıb.

Bildirilib ki, onun vəziyyəti gündəlik nəzarətdə saxlanılacaq və müalicəsi klubun tibbi heyətinin müşahidəsi altında davam etdiriləcək.

Qeyd edək ki, Osimhen UEFA Çempionlar Liqasının “Ştutqart”la oyununda (2:0) dizindən zədələnmişdi.