Prezident İlham Əliyev noyabrın 7-də Xankəndi Şəhər Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Offsideplus.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına arena barədə məlumat verib.
1956-cı ildə istifadəyə verilmiş və 2023-cü ilin antiterror əməliyyatından sonra əsaslı bərpa edilən stadion UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb.
Ərazisi 3,39 hektara çatdırılan arena ümumilikdə 8554 tamaşaçı tutumuna malikdir.
105x68 metr ölçülü süni örtüklü meydançanın ətrafında qaçış və tullanma zonalarından ibarət atletika sektoru salınıb.
Obyektdə futbolçular, hakimlər, media nümayəndələri üçün otaqlar, konfrans zalı və tibb məntəqəsi fəaliyyət göstərir.


