Misli Premyer Liqasında ilk dövrənin sonuncu - XI turunun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün liqanın iki autsayderi üz-üzə gələcək.
"Şəfa" Sumqayıtda "Araz-Naxçıvan"ı qəbul edəcək.
"Şəfa" 4 xalla 11-ci yerdədir. Onlardan 1 xal az toplayan Naxçıvan təmsilçisi sonuncu - 12-ci yerdədir.
MPL, XI tur
7 noyabr (şənbə)
16:00 “Şəfa” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev
VAR: Emin Əliyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“SOCAR Polymer Arena"


