Misli Premyer Liqasında bu gün "Zirə" "Qəbələ"ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, görüş saat 18:30-da başlayacaq.

"Zirə" 16 xalla 6-cı yerin sahibidir. 

Son 2 oyunda 4 xal qazanan "Qəbələ" isə 8 xalla 10-cu yerdədir.

MPL, XI tur

7 noyabr (şənbə)

18:30 “Zirə” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov

VAR: Kamranbəy Rəhimov

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu