"Nyu-York Niks"in oyunçuları Tayler Kolek və Maylz Makbrayd məşhur müğənni Teylor Svifti "ən saxta ulduz azarkeş" adlandırıblar. Onlar NBA 2K League-in YouTube yayımında Sviftin komandanın oyunlarına əsasən diqqət çəkmək üçün gəldiyini, əsl azarkeş olmadığını bildiriblər. Kolek qeyd edib ki, "Niks"in oyunlarında bəzi ulduzlar sadəcə görünmək üçün tribunada əyləşirlər və Teylor Svift də onlardan biri ola bilər. Makbrayd isə bu fikirlə razılaşıb.
Offsideplus.az xəbər verir ki, "Nyu-York Niks"in mətbuat xidməti basketbolçuların bu açıqlamalarına rəsmi cavab verib. Klubun nümayəndəsi bildirib ki, Teylor Svift uzun illərdir "Niks"in azarkeşidir və "Mədisson Skver Qarden"lə sıx əlaqələri var. Klub Sviftin təşkilata dəstəyinə görə ona minnətdarlıq edib. Qeyd olunur ki, Teylor Svift 2003-cü ildən komandanı dəstəkləyir və həmin il 13 yaşında "Niks"in oyununda istedad yarışında çıxış edib.


