“Qalib gəlmək istəyirdik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının XI turunda "Turan Tovuz”a qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb:
“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Futbolçuların oyuna yanaşmasından razı qaldım. Yaxşı müdafiə olunan və sürətli əks-hücumlar quran bir komandaya qarşı oynayırdıq. Rəqibi təbrik edirəm. "Turan Tovuz" bir neçə turdur inamlı təsir bağışlayır. Yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Milli fasilədən faydalanmağa çalışacağıq.
Futbolçular daha dəqiq və soyuqqanlı olmalıdırlar. Bir-birimizi tamamlamaqda problemlər var. İstənilən rəqib liderlərə qarşı daha sağlam müdafiə olunur. Belə rəqibə qarşı yaxşı hücumlarımız oldu. Hər bir halda hücum xəttində ustalığı yaxşılaşdırmaq lazımdır”.
Qeyd edək ki, "Azərsun Arena"da baş tutan oyunda qolu 80-ci dəqiqədə Roderik Miller vurub. "Turan Tovuz" bu qələbə ilə xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Qarabağ" isə 19 xalla dördüncü pillədə qərarlaşıb.


