Almaniya futbolunun əfsanəsi Lotar Matteus Harri Keynin "Bayern Münhen" ilə yeni müqavilə imzalamasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Matteus ingilis hücumçunun 2029-cu ilin yayına qədər Münhen təmsilçisində qalmasının həm klub, həm də Bundesliqa üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
"Bu addım gözlənilən idi, hər iki tərəf üçün faydalıdır. Futbolçu ilə klub arasında münasibətlər ən yüksək səviyyədədir. Hər kəs bu əməkdaşlıqdan böyük qazanc əldə edir, açıq ünsiyyət və qarşılıqlı hörmət var. 2023-cü ildə bu, həqiqətən də inanılmaz transfer idi və son üç ildə Keyn gözləntiləri üstələdi. Ola bilsin, yaxın illərdə göstəriciləri əvvəlki kimi təsirli olmasın, amma o, hələ də "Bayern Münhen" üçün çoxlu qollar vuracaq. Tərəflər yəqin ki, müqavilənin iki və ya üç il olmasını müzakirə ediblər. Amma "Qızıl top" sahibi olan futbolçuya bir il və ya bir neçə maddə üstündə "yox" demirlər. Təsəvvür edin, klub onun şərtləri ilə razılaşmasaydı, böyük səs-küy yaranardı. Onun yerinə kim gətirilə bilərdi ki, belə məhsuldarlıq və liderlik keyfiyyətlərinə sahib olsun? Keyn ideal xüsusiyyətlərə malikdir. Bundesliqa üçün də "Bayern Münhen"in belə bir futbolçunu 2029-cu ilə qədər saxlamağı çox vacib idi. Mən çox sevinirəm. Düşünürəm ki, bu xəbəri digər klubların azarkeşləri də müsbət qarşılayıb", – deyə Matteus bildirib.


