"Qolden Steyt Uorriors" gələn yay Nikola Yokiç və ya digər ulduz oyunçunu transfer etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Ceyk Fiçer məlumat verib.

Onun sözlərinə görə, "Qolden Steyt" rəhbərliyi düşünür ki, gələn yay maksimum məbləğdə müqavilə üçün yer açmaq və Stefen Karri kimi liderə sahib olmaqla, böyük ulduzlardan birini – istər mübadilə yolu ilə, istərsə də azad agent bazarında – komandaya cəlb edə bilər. Hazırda Yokiç "Denver Naqgets"də bu mövsüm üçün 59 milyon dollar qazanacaq, növbəti il isə oyunçu seçimi ilə 62,8 milyon dollar əldə etmək imkanı var.

Üçqat MVP ötən yay "Denver"lə müqavilə uzatmaq barədə danışıqlara başlamasa da, o, karyerasını NBA-də bu klubda başa vurmaq istədiyini dəfələrlə bildirib.