İspaniyanın "Atletiko Madrid" klubu qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün cazibədar addım atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Dieqo Simeone komandanın Çempionlar Liqasında "Bavariya"ya 0-2 hesabıyla məğlub olmasından sonra heyətə yeni nəfəs gətirmək üçün "Barselona"nın gənc ulduzları Gavi və Mark Bernalı hədəfə alıb.

Təcrübəli mütəxəssis orta xətdəki problemləri həll etmək üçün hər iki istedadlı futbolçunun transfer olunmasını istəsə də, bu mürəkkəb prosesin həyata keçməsi bir sıra ciddi maneələrdən asılıdır.

"Barselona"nın gələcək layihələrinin əsas simalarından olan Gavi və Mark Bernal klub üçün toxunulmaz hesab olunurlar. Lakin onların komandada aldığı oyun dəqiqələri və maliyyə vəziyyəti transfer şayiələrini alovlandırır.

Kataloniya təmsilçisi ənənəvi olaraq əsas rəqiblərindən biri olan "Atletiko Madrid"ə heyətindəki əsas oyunçuları satmağa isti baxmır. Danışıqların aparılması üçün "Atletiko"nun olduqca cazibədar təklif irəli sürməsi tələb olunur.

Dieqo Simeone komandasında dinamizmi və fiziki gücü artırmaq məqsədilə bu cür gənc və perspektivli oyunçuların heyətə qatılmasını prioritet vəzifə elan edib.