"Qolden Steyt Uorriors"un təcrübəli forvardı Draymond Qrin keçmiş basketbolçu Kendrik Perkinsin ünvanına sərt fikirlər səsləndirib. Perkins Qrinin çıxışlarını tənqid edərək, ondan komandaya daha çox problem gəldiyini bildirmişdi.

Offsideplus.az xəbər verir ki, Qrin bu tənqidlərə öz podkastında münasibət bildirib: "Artıq əvvəlki oyunçu deyiləm. Amma, Kendrik Perkins, mənimlə sənin kimi adamlar arasındakı fərq ondadır ki, mən düşünməyi bacarıram! Bədənim əvvəlki formada olmasa da, atletikliyimi itirsəm də, hər şey bir az fərqli görünür. Sən heç vaxt ən ağıllı basketbolçu olmamısan. Mən isə həmişə basketbol düşüncəmə xüsusi önəm vermişəm. Tezliklə 37 yaşım olacaq və artıq əvvəlki kimi nə yüksək tullanıram, nə də sürətli qaçıram. Bədənim əvvəlki kimi hərəkət etmir. Yaş artdıqca bu oyunda hər şey dəyişir. Mən birinci etiraf edirəm: bəli, bunların hamısı doğrudur. Amma başım var və düşünə bilirəm".