İspaniyanın "Atletik Bilbao" klubu transfer bazarının əsas hədəflərindən biri olan Niko Uilyams üçün təyin etdiyi 90 milyon avroluq qiymət etiketindən geri çəkilməkdən qəti şəkildə imtina edir.

Offsideplus.az xəbər verir ki, ​Avropanın aparıcı klublarından olan "Arsenal", "Barselona" və Fransa nəhəngi PSJ 24 yaşlı istedadlı cinah oyunçusunu transfer etmək üçün vəziyyəti izləsəl də, Bask təmsilçisi güzəştə getmək niyyətində deyil.

​Niko Uilyamsın klubla 2035-ci ilə qədər davam edən uzunmüddətli müqaviləsi olması "Atletik" rəhbərliyinə transfer bazarında tam üstünlük qazandırır.

"Arsenal" və "Barselona" ilə yanaşı, PSJ baş məşqçisi Luis Enrikenin də israrla heyətində görmək istədiyi ulduz futbolçu üçün alternativ planlar qurur.

​Bilbao təmsilçisi qiymətdə hər hansı endirimə getməyəcəyini və 90 milyon avrodan aşağı gələn təklifləri müzakirə etməyəcəyini açıq şəkildə bildirib.