Avropa futbolunun ən parlak gənc istedadlarından biri olan JJ Qabriel karyerasını İspaniyada davam etdirməyə qərar verib.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in gənc hücumçusu bütün təkliflərə baxmayaraq, yanvar ayında rəsmən "Real Madrid"ə qoşulmağa hazırdır.

​İngiltərə və İspaniya mediasının məlumatına görə, "qırmızı şeytanlar" istedadlı futbolçunu klubda saxlamaq üçün son ana qədər səy göstərsələr də, bu cəhdlər nəticə verməyib.

​Gənc futbolçu uğrunda PSJ, "Barselona" və "Bavariya" kimi Avropa nəhəngləri də yaxından maraqlanırdı. Lakin Qabriel seçimini "Kral klubu"ndan yana edib.

Tərəflər arasında bütün şərtlərin razılaşdırıldığı və futbolçunun tezliklə Madrid təmsilçisi ilə uzunmüddətli sözləşmə imzalayacağı bildirilir.

​Mançester təmsilçisi oyunçunun potensialını görüb onu komandada saxlamağa çalışsa da, futbolçunun İspaniyaya keçmək istəyi həlledici olub.