Braziliyalı yarımmüdafiəçi Mateus Kunya Çempionlar Liqasında nadir uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in oyunçusu turnirin qrup mərhələsinin dördüncü turunda "Roma" ilə keçirilən qarşılaşmada (3:2) start heyətində meydana çıxıb. O, penalti qazanıb və həmin zərbəni Brunu Fernandes dəqiq yerinə yetirib. Kunya 83-cü və 86-cı dəqiqələrdə dubl edib, 91-ci dəqiqədə isə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Opta-nın məlumatına görə, Kunya Çempionlar Liqası tarixində bir oyunda penalti qazanan, qol vuran və qırmızı vərəqə alan ilk futbolçu olub.


