"Oklahoma Siti Tander"in lideri Şey Qilces-Aleksandr komandanın baş məşqçisi Mark Deyqnoltla illər ərzində formalaşan qarşılıqlı inamdan söz açıb.
Offsideplus.az xəbər verir ki, ulduz oyunçu münasibətlərinin daim yaxşı olmadığını bildirib:
"Hər zaman hər şey gözəl və mehriban olmur. Bəzən mən ona əsəbləşirəm, bəzən də o, mənə susmağımı deyir. Bəzən o haqlıdır, bəzən isə mən – ən azı, mən belə düşünürəm. Amma deyə bilərəm ki, meydançadan kənardakı münasibətimiz sayəsində bir-birimizi daha yaxşı anlayırıq. Bu, hər şeyi bir arada saxlayan əsas amildir. Hər ikimiz niyyətimizi bilirik – basketbol oyununu qazanmaq. Əsas məqsədimiz budur. Bu ortaq hədəfi bölüşürük və hər axşam ona doğru irəliləməyə çalışırıq".


