Avrokubokda tarixə düşən məhsuldar qarşılaşma baş tutub. Yunanıstan təmsilçisi "PAOK" və İtaliyanın "Roma" klubu əsas vaxtda ümumilikdə 224 xal toplayaraq turnirin yeni rekorduna imza atıblar. "PAOK" rəqibini 113:111 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu nəticə ilə əvvəlki rekord yenilənib. Əvvəlki göstərici 221 xal idi və 2025/26 mövsümündə "Venesiya" ilə "Neptunas" arasında qeydə alınmışdı (118:103). Daha öncə isə 2012/13 mövsümündə "Srvena Zvezda" və "Dinamo Sassari" 220 xalla yadda qalmışdı (116:104).
Görüşün ən məhsuldar oyunçusu "PAOK"un müdafiəçisi Brein Tayri olub. O, 27 xal toplayıb və altı üçlük isabətli yerinə yetirib. Komandanın digər üzvü Cedi Osman 25 xal, Markus Foster isə 20 xal və dörd assistlə yadda qalıb. "Roma"nın heyətində ən çox fərqlənən Nikko Mennion olub – 18 xal və üç assist. Marko Simonoviç isə cəmi 13 dəqiqədən bir qədər artıq meydanda qalaraq 17 xal toplayıb.


