"Virtus Bolonya"nın mərkəz oyunçusu Aliu Diarra mövsümə uğurlu start verdikdən sonra EuroLeague-in aparıcı klublarının diqqətini cəlb edib. 24 yaşlı malili basketbolçu üçün əsas iddiaçılardan biri "Panatinaikos" olub.
Offsideplus.az xəbər verir ki, Afina təmsilçisi Diarranın transfer imkanlarını öyrənib və müqavilənin vaxtından əvvəl pozulması üçün təxminən 450 min avro təklif edib. Lakin "Virtus Bolonya" rəhbərliyi turnirin ən yaxşı mərkəz oyunçularından birini buraxmaq niyyətində deyil. Diarra bu mövsüm orta hesabla 11,6 xal, 7,0 ribaund və 2,1 blokşutla çıxış edir, faydalılıq göstəricisi isə 17,4-dür. "Virtus Bolonya" mövsümün ilk doqquz oyununda dörd qələbə qazanıb.


