Azərbaycan Basketbol Federasiyası (ABF) 2026/27 mövsümü üçün rəsmi azarkeş və üzvlük paketlərinin satışa çıxarıldığını elan edib.

Offsideplus.az xəbər verir ki, federasiya azarkeşlər üçün müxtəlif imtiyazlar və qiymət aralıqlarını əhatə edən 4 fərqli paket təqdim edir.

Bronze: Bütün oyunlar üçün 119 AZN, bir klubun oyunları üçün 92 AZN. Paketə sadə bilet, şərf və açarlıq daxildir.

Silver: Bütün oyunlar üçün 299 AZN, bir klubun oyunları üçün 199 AZN. Paket VIP bilet, klub forması və fan mağazasında 5% endirim imkanı təqdim edir.

Gold: Bütün oyunlar üçün 992 AZN, bir klubun oyunları üçün 719 AZN. Bu paket sahibləri VIP bilet, VIP Box şəraitindən yararlanacaq və fan mağazasında 20% endirim əldə edəcəklər.

Family & Friends: Bütün oyunlar üçün 292 AZN, bir klubun oyunları üçün 192 AZN. Valideynlər, dostlar və uşaqlar üçün nəzərdə tutulan paketə sadə biletlərlə yanaşı, "Mənim ilk oyunum" xüsusi qutusu da daxildir.

Azarkeşlər paketləri Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı, ABF-nin mobil tətbiqi vasitəsilə onlayn və ya oyun günlərində Bakı İdman Sarayında yerləşən bilet kassalarından əldə edə bilərlər.

View this post on Instagram

A post shared by OFFSIDE (@offsidecaps)