“Çelsi” yanvar transfer pəncərəsi ərəfəsində “Barselona”nın fransalı müdafiəçisi Jül Kundeni transfer siyahısının ən üst sırasına daxil edib.
Offsideplus.az xəbər verir ki, London klubunun bu mövqeyə üstünlük verməsinin əsas səbəbi komanda kapitanı Ris Qeymsin tez-tez zədələnməsidir. Müdafiə xəttindəki sabitliyi bərpa etmək üçün rəhbərlik 27 yaşlı futbolçunun transferini zəruri hesab edir.
Jül Kunde həm sağ cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi kimi yüksək səviyyəli oyun nümayiş etdirə bilir. Bu polivalentlik “Çelsi”nin taktiki seçimlərini xeyli genişləndirə bilər.
London təmsilçisinin yanvar ayı açılan kimi “Barselona” ilə rəsmi danışıqlara başlayacağı və fransalı futbolçu üçün ciddi maliyyə təklifi təqdim edəcəyi bildirilir.


