"Real Madrid" "Mançester Yunayted"in gənc istedadı Cey Cey Qabrielin transferi üçün razılıq əldə edəcəyinə əmindir.

Offsideplus.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, İspaniya nəhəngi gələcəyin ulduzu olacağı hesab olunan gənc futbolçu uğrunda mübarizədə əsas favoritə çevrilib.

PSJ-nin təklifini rədd edən Qabriel üçün "Barselona" və "Bayern Münhen" də yarışdan kənarda qalıb.

Buna görə də gənc futbolçunun karyerasını "Real Madrid"də davam etdirəcəyi gözlənilir.