UFC-nin keçmiş çempionu Cek Della Maddalena İslam Maxaçev və Karlos Prateslə döyüşlərdəki məğlubiyyətləri barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Maddalena son illərdə ard-arda təlim-məşq toplanışlarında iştirak etdiyini və bu səbəbdən bacarıqlarını inkişaf etdirməyə vaxt tapmadığını bildirib. "Son bir neçə il ərzində karyeram əsasən bir düşərgədən digərinə keçməklə keçib. İndi isə bacarıqlarım üzərində işləməyə və onları inkişaf etdirməyə imkanım var. Daim təlim-məşq toplanışında olanda yeni nəsə öyrənmək çətin olur, çünki bütün diqqətin konkret rəqibə və döyüş planına yönəlir. İndi isə bir qədər kənara çəkilib, texnikamı təkmilləşdirmək, arsenalıma yeni imkanlar əlavə etmək və daha çoxşaxəli döyüşçü olmaq istəyirəm. Son iki döyüşüm ağır keçdi, amma bu idmanın reallığıdır. Bəzən qələbə qazanırsan, bəzən uduzursan. Ən yaxşılarla döyüşürsən və nəticəni üslublar müəyyən edir", – deyə Maddalena vurğulayıb.
Qeyd edək ki, Maddalena İslam Maxaçevə hakimlərin yekdil qərarı ilə, Karlos Pratesə isə texniki nokautla uduzub.


