"Sakramento Kinqs"in gənc müdafiəçisi Darius Eykaff NBA-də debütantlar arasında üçxallı atış rekordunu təkrarlayıb. O, "Memfis Qrizlis"lə oyunda 38 xal toplayıb və 14 cəhddən 9 üçlük isabətə nail olub.
Offsideplus.az xəbər verir ki, Eykaff bu göstərici ilə Keonte Corc, Dalton Knecht, Yogi Ferrell və Rodrig Bobua kimi oyunçuların nəticəsinə çatıb. 2026-cı ilin NBA dreftində 7-ci seçim olan Eykaff ümumilikdə 25 atışdan 12-ni dəqiq yerinə yetirib, 5 cərimə atışının hamısını isabətə çevirib, 5 ribaund və 5 assistlə yadda qalıb. O, həmçinin 19 yaş 349 günlüyündə "Kinqs" tarixində ardıcıl iki oyunda 30 və daha çox xal toplayan ən gənc oyunçu olub və bu göstəricidə Oskar Robertsonu geridə qoyub. Qarşılaşmada "Sakramento Kinqs" böyük fərqlə uduzub – 105:136.


