Deni Avdija "Portland Treyl Bleyzers"in evdə "Yuta Caz" üzərində 112:90 hesablı qələbəsində əsas rol oynayıb. İsrailli forvard ilk hissədə 19 xal toplayıb və 11 cərimə atışından 10-nu dəqiq yerinə yetirib. Bu nəticə ilə "Portland" mövsümdə ilk məğlubiyyətindən sonra güclü reaksiya göstərib.
Offsideplus.az xəbər verir ki, komanda fasiləyə 59:42 hesabı ilə üstün yollanıb, üçüncü hissədə fərqi 26 xala qədər artırıb. Damian Lillard 22 xalla Avdijaya dəstək olub. Belçikalı Toumani Camara, Skut Henderson və Jrue Holiday isə hərəyə 14 xal toplayıb. Zədəli Cə Morant və Şeydon Şarpın yoxluğuna baxmayaraq, "Portland" mövsümdə 4-cü qələbəsini qazanıb. "Yuta"da Lauri Markkanen zədədən qayıtsa da, 13 xalla və 14 atışdan yalnız 3-də dəqiq olub. Debütant Darryn Peterson 16 xalla komandanın ən məhsuldar oyunçusu olub. Keyonte Corc isə cəmi 8 xalla kifayətlənib.
"Portland" ilk hissədə 17:0-lıq seriya ilə təşəbbüsü tam ələ alıb və "Yuta"ya demək olar ki, altı dəqiqə xal imkanı verməyib. Qonaqlar cəmi 37,1% dəqiqliklə şüt atıb və 20 top itirib. "Yuta Caz" ardıcıl dördüncü məğlubiyyətini alıb.


