'Barselona' baş məşqçi Hansi Flikin rəhbərliyi altında növbəti böyükhesablı qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın 11-ci turunda 'Alaves'i 6:1 hesabı ilə məğlub edib. Bu, alman mütəxəssisin rəhbərliyi altında 'Barselona'nın ən azı üç top fərqi ilə qazandığı 131 oyunda 46-cı qələbəsidir.

Flikin dönəmində 'Barselona' 'Alaves' üzərində ikinci dəfə böyükhesablı qələbə əldə edib. İlk qarşılaşmada hesab 3:0 olmuşdu.

Bundan başqa, 'Barselona' Flikin rəhbərliyi altında 'Valensiya'ya dörd dəfə (7:1, 5:0, 6:0, 5:0), 'Atletik'ə üç dəfə (3:0, 4:0, 5:0), 'Malyorka'ya üç dəfə (5:1, 3:0, 3:0), 'Sevilya'ya üç dəfə (5:1, 4:1, 5:2), 'Real Madrid'ə iki dəfə (4:0, 5:2), 'Jirona'ya iki dəfə (4:1, 4:1), 'Vilyarreal'a iki dəfə (5:1, 4:1), 'Xetafe'yə iki dəfə (3:0, 3:0), 'Betis'ə iki dəfə (5:1, 5:2) böyükhesabla qalib gəlib.

Kataloniya klubu həmçinin 'Feyenoord'u (5:1), 'Valyadolid'i (7:0), 'Yanq Boyz'u (5:0), 'Bavariya Münhen'i (4:1), 'Srvena Zvezda'nı (5:2), 'Brest'i (3:0), 'Barbastro'nu (4:0), 'Real Sosyedad'ı (4:0), 'Borussiya Dortmund'u (4:0), 'Olimpiakos'u (6:1), 'Oviedo'nu (3:0), 'Kopenhagen'i (4:1), 'Levante'ni (3:0), 'Osasuna'nı (3:0), 'Atletiko'nu (3:0), 'Nyukasl'ı (7:2), 'Espanyol'u (4:1), 'Elçe'ni (5:0), 'Rayo Valyekano'nu (5:2), 'Rasinq'i (7:2) və 'Qalatasaray'ı (4:1) böyükhesabla məğlub edib.