"Qolden Steyt Uorriors"un forvardı Yaksell Lendeborq "Los Anceles Leykers"lə oyunda komandasına ciddi dəstək verə bilməyib. 

Offsideplus.az xəbər verir ki, o, 24 dəqiqəyə 6 xal toplayıb, 5 top itirib və 6 qayda pozuntusu edib. Buna baxmayaraq, "Qolden Steyt Uorriors" 112:95 hesabı ilə qələbə qazanıb.

Stefen Karri bu nəticə barədə fikirlərini bölüşüb: "Onun üçün hər şey ilk dəfədir. Amma o, bu çətinliklərin öhdəsindən yaxşı gəlir. Biz ondan çox şey tələb edirik. Onun üzərinə böyük məsuliyyət və oyun vaxtı düşür. Top daim onun əlində olur. Buna görə də həm uğurlu, həm də çətin anlar yaşanacaq. Mənə xoş gəlir ki, o, tarazlığını itirmir. Hətta belə oyunlarda, işləri yolunda getməyəndə də komandanın ruhunu pozmur. Biz onu həmişə dəstəkləyəcəyik. Növbəti oyunda ona çox ehtiyacımız olacaq. O, ən çətin şəraitdə öyrənir. Uğurlar və uğursuzluqlar hamının gözü qarşısında baş verir. Bu asan deyil, amma o, buna hazırdır", – deyə Karri bildirib.