“İki xal itirməsəydik, daha yaxşı olardı”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Zirə" ilə heç-heçə etdikləri matçla (2:2) bağlı fikirlərini bölüşüb:
“Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadılar. Məncə, sona qədər gücləri çatmadı. Üç xal qazansaydıq, daha yaxşı olardı. İndi növbəti oyunlara hazırlaşıb yolumuza davam edəcəyik.
Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün futbolçular həyəcan keçirirlər. Daha yuxarı pillələrdə qərarlaşsaydıq, bəlkə də, daha yaxşı oyun göstərə bilərdik”.


