Misli Premyer Liqasının X turunda "Qarabağ" "Qəbələ"nin qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

"Qarabağ" cari mövsüm məğlub olmayan yeganə komandadır.

"Qəbələ" isə ötən həftə yeni baş məşqçisi Yeton Beqirinin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Ağdam təmsilçisi 18 xalla 3-cü yerdədir. "Qəbələ" isə 7 xalla 10-cu yerdədir.

MPL, X tur

17:30. "Qəbələ" – "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ şəhər stadionu