Misli Premyer Liqasında X turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Zirə" bu gün Şamaxıda "Araz-Naxçıvan"ın qonağı olacaq.

"Qartallar" ötən həftə 5 turluq qalibiyyətsizlik seriyasına son qoyub.

 "Araz-Naxçıvan" isə cari mövsüm qələbə qazanmayan yeganə komandadır.

MPL, X tur

15:00  "Araz-Naxçıvan" - "Zirə"

Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Şamaxı şəhər stadionu