“Barselona”nın idman direktoru Deko “Çelsi”nin 19 yaşlı braziliyalı vingeri Estevao Villianı yanvar transfer pəncərəsində icarəyə götürmək variantını nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, Braziliya milli komandasının üzvü bu mövsüm “Çelsi” heyətində cəmi 269 dəqiqə şans qazanıb. Hücum xəttində bir neçə zədəli və cəzalı oyunçunun olmasına baxmayaraq, o, “Liverpul”la qarşılaşmada da ehtiyat skamyada qalıb.
“Barselona” daha əvvəl də gənc braziliyalı ilə maraqlanırdı. Lakin mövsümün ortasında müvəqqəti keçidin baş tutması üçün Estevaonun klubdan ayrılmaq üçün təzyiq göstərməsi və “Çelsi”nin icarə şərtləri ilə razılaşması tələb olunur.


