Türkiyə Superliqasının 10-cu turu çərçivəsində "Qalatasaray" səfərdə "Konyaspor"un qonağı olub.

Offsideplus.az xəbər verir ki, üstün oyun nümayiş etdirən sarı-qırmızılılar sahadan 4:0 hesablı darmadağınla ayrılaraq mühüm üç xalı aktivinə yazdırıblar.

İstanbullulara parlaq qələbəni gətirən qollara Viktor Osimhen, Yunus Akgün, Batrakov və Leao imza atıblar.

​Bu qələbədən sonra *Qalatasaray" 10 turdan 25 xalla zirvə yarışındakı iddiasını və mövqeyini daha da möhkəmləndirib.