"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan çempionu Polşanın Qlivitse şəhərində yerli "Piast" klubunun qonağı olacaq.
"Prezero Arena"da təşkil olunacaq V qrupunun matçı saat 22:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" ilk turda Macarıstan "Uypeşt"ini 5:4 hesabı ilə üstələsə də, növbəti görüşdə Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya məğlub olub - 3:5.


