Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan "Araz-Naxçıvan" bu gün V qrupundakı ikinci matçını keçirəcək.

Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə üz-üzə gələcək.

Polşanın Qlivitse şəhərindəki "Prezero Arena"da təşkil olunacaq qarşılaşma saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk turda Macarıstanın "Uypeşt" klubunu 5:4 hesabı ilə məğlub edib. Komandamız qrupdakı son oyununu oktyabrın 30-da Polşanın "Piast" kollektivinə qarşı keçirəcək.