“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk oyununda “Uypeşt”i 5:4 hesabı ilə məğlub edib.
Bu görüş barədə futzal üzrə Azərbaycan yığmasının baş məşqçi vəzifəsini yerinə yetirən Elvin Quliyev qarşılaşmanı yerindəcə – Polşada izləyib və oyun barədə fikirlərini Offsideplus.az ilə bölüşüb:
"Burada zəif rəqib olmur. Komandamızın üzvləri qələbə üçün maksimum səy göstərdilər. Ümumiyyətlə, oyunçuların meydançadakı çalışqanlığı məni qane etdi. Sabah daha bir çətin rəqiblə oyunumuz var. Komanda rəsmi matçlara qədər heç bir yoldaşlıq görüşü keçirməmişdi və bu qarşılaşmalar oyun praktikası baxımından gələcək matçlarımız üçün çox vacibdir".


