Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununa çıxır.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin I turunda Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşacaq.
Polşanın Qlivitse şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Görüşün baş hakimi fransalı Viktor Şe olacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" V qrupundakı növbəti oyunlarını oktyabrın 28-də "Buba Mara" (Bosniya və Herseqovina), 30-da isə "Piast"a (Polşa) qarşı keçirəcək.


