"PSJ" France Football-un versiyasına görə mövsümün ən yaxşı klubu adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, mükafat London şəhərində keçirilən "Qızıl top" mərasimində təqdim edilib. Namizədlər arasında "Arsenal" (İngiltərə), "Bavariya Münhen" (Almaniya), "Bude-Qlimt" (Norveç) və "Flamenqo" (Braziliya) da yer alıb.
Ötən mövsüm Paris təmsilçisi Fransa çempionluğunu, Fransa Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası kuboku qazanıb.


