İngiltərə millisinin və "Bavariya Münhen"in hücumçusu Harri Keyn "Qızıl top" mükafatını qazandıqdan sonra keçmiş klubu "Tottenhem"ə təşəkkürünü bildirib.

Offsideplus.az xəbər verir ki, Keyn 2023-cü ildə Almaniya klubuna transfer olunub. O, açıqlamasında bunları deyib:

"Həmçinin "Tottenhem"ə təşəkkür etmək istəyirəm. "Tottenhem" olmasaydı, bu gün olduğum yerə çatmazdım. Klubun dəstəyi və bütün məşqçilərlə birgə çalışmağım sayəsində arzum gerçəkləşdi. Yaşadığım bütün anlar – həm uğurlar, həm də çətinliklər – məni bu günə gətirdi. Bütün azarkeşlərə təşəkkür edirəm: "Bavariya Münhen"in, İngiltərə millisinin, "Tottenhem"in və dünyanın hər yerindəki pərəstişkarlarıma. Dəstəyinizi inanılmaz dərəcədə yüksək qiymətləndirirəm. Bir vaxtlar özüm də azarkeş idim və futbolun nə demək olduğunu yaxşı bilirəm. Futbol mənim arzum olub. Sizi hər hansı formada sevindirə bilmək mənim üçün böyük şərəf və imtiyazdır".