Bu il Lev Yaşin adına ilin ən yaxşı qapıçısı mükafatına İspaniya millisinin və "Atletik"in üzvü Unai Simon layiq görülüb.

Offsideplus.az xəbər verir ki, "France Football"un təşkil etdiyi səsvermədə ikinci yeri İspaniya millisinin və "Arsenal"ın qapıçısı David Raya tutub. Üçüncü pillədə Belçika yığmasının və "Real Madrid"in üzvü Tibo Kurtua qərarlaşıb. "PSJ"nin rusiyalı qapıçısı Matvey Safonov isə dördüncü olub.

Beşinci yeri Argentina millisinin və "Aston Villa"nın qapıçısı Emiliano Martines tutub. Siyahıda daha sonra aşağıdakı adlar yer alıb:

6. Vozinya (Kabo-Verde millisinin və "Kolo-Kolo"nun qapıçısı)
7. Joan Qarsiya (İspaniya millisinin və "Barselona"nın qapıçısı)
8. Yassin Bunu (Mərakeş millisinin və "Əl-Hilal"ın qapıçısı)
9. Eduard Mendi (Seneqal millisinin və "Əl-Əhli"nin qapıçısı)
10. Qreqor Kobel (İsveçrə millisinin və "Borussiya Dortmund"un qapıçısı)

Qeyd edək ki, mükafat "Qızıl top" mərasimində təqdim olunub.