Lamin Yamal ilin ən yaxşı gənc futbolçusu mükafatının Pau Kubarsiə verilməsini istədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın və İspaniya millisinin 19 yaşlı cinah oyunçusu France Football-un versiyasına əsasən ardıcıl üçüncü dəfə bu mükafata layiq görülüb. Mükafat "Qızıl top" mərasimində təqdim olunub.
"Pau Kubarsi bu mükafatı haqq edirdi. Klubuma və milli komandama təşəkkür edirəm. Hər bir mükafata sevinirəm, amma istərdim ki, bu dəfə məhz bu mükafat Pau Kubarsiə qismət olsun", – deyə Yamal vurğulayıb.


