Kilian Mbappe ardıcıl 9 il "Qızıl top" mükafatının ilk onluğunda yer alan ilk fransalı futbolçu olub.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu hazırda "Real Madrid" və Fransa millisinin formasını geyinir. O, bu il də 30 namizəd arasında yer alıb və artıq açıqlanan 30-11-ci yerlər arasında olmayıb. Bu isə Mbappenin yenidən ilk onluqda qərarlaşdığını göstərir.

Qeyd edək ki, "Qızıl top"un 2026-cı il qalibi bu gün Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Səsvermədə digər futbolçuların yerləri belədir:
Upamekano – 26-cı
Brunu – 27-ci
Kinyones – 28-ci
Saliba və Mane – 29-cu
Qabriel – 21-ci
Lautaro – 22-ci
Mendeş – 23-cü
Dias – 24-cü
Markinyos – 25-ci
Ferran – 16-cı
Vinisius – 17-ci
Kukurelya – 18-ci
Neveş – 19-cu
Paço – 20-ci
Bellingem – 11-ci
Kubarsi – 12-ci
Hakimi – 13-cü
Vitinya – 14-cü
Rays – 15-ci