Lionel Messi bu il Qızıl Topun təqdimat mərasimində iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, "İnter Mayami"nin hücumçusu Lionel Messi Londonda keçiriləcək tədbirə qatılmayacaq. Argentinalı futbolçunun mərasimdə mükafat təqdim edəcəyi ilə bağlı yayılan şayiələrə baxmayaraq, onun Londona səfəri gözlənilmir. 39 yaşlı oyunçu İspaniyaya səfərdən sonra ABŞ-a qayıdıb və Nyu-Yorkda klubunun oyununda iştirak edib. Dünən Messi Messi Cup turnirində olub və bu səbəbdən Londona getməyəcək.
Bununla yanaşı, "Bavariya Münhen"in və İngiltərə millisinin hücumçusu Harri Keyn bütün yaxınları ilə birlikdə Londona gəlib və mükafatların təqdim olunacağı "Palladium" teatrının yaxınlığında yerləşib.


