İslam Maxaçevin məşqçisi Xaviyer Mendes UFC 336-da Karlus Prateslə döyüşün baş tutmamasına münasibət bildirib. O, komandanın menecmenti ilə UFC arasında nə baş verdiyini bilmədiyini deyib və əlavə edib ki, Maxaçev heç vaxt rəqib seçmir, sadəcə hər döyüşə ciddi yanaşdığı üçün iki ay hazırlıq müddətinə ehtiyac duyur.
Offsideplus.az xəbər verir ki, Mendes bu barədə belə danışıb: "Mən komandanın menecmenti ilə UFC arasında nə baş verdiyini bilmirəm. Bildiyim odur ki, İslam sözünün üstündə duran insandır, rəqib seçmir və ona yalnız istənilən döyüşə hazırlaşmaq üçün iki ay vaxt lazımdır. O, çempion kimi öhdəliklərinə ciddi yanaşır. Mənim bu məsələyə münasibət bildirməyim düzgün olmazdı, çünki baş verənləri dəqiq bilmirəm. Zəhmət olmasa, nəzərə alın: İslam menecment deyil və onların dedikləri ilə gerçəkdə baş verənlər fərqli ola bilər. Biz yalnız ehtimallar irəli sürə bilərik, amma bu, həqiqət demək deyil."
Qeyd edək ki, daha əvvəl Maxaçev 30 yanvar tarixində UFC 336-da Prateslə döyüşdən imtina edib. Nəticədə Prates müvəqqəti kəmər uğrunda Maykl Moraleslə qarşılaşacaq. Maxaçev isə bu qərarını belə əsaslandırıb: "O, yaxın vaxtda mənim qalib gəldiyim idmançıya uduzub, Morales isə bir ildir döyüşmür və nəsə gözləyir."


